Araşdırma & Təhlilİran

İran güclü Azərbaycanı qəbullanabilmir

İran Azərbaycan Cumhuriyyəti qurulduğundan bəri ona qarşı düşmənlik bəsləməyə başladı. İranın Azərbaycana qarşı düşman olmasından bir çox səbəb saymaq olar. Özəlliklə Güney Azərbaycanda artan narazılıq və müstəqillik istəyi Tehranın nigəranlıqlarına artırmışdı. Buna görə də Tehran hakimiyyəti hər zaman güclü bir Azərbaycanı özünə təhdid olaraq görür. Yəni Azərbaycan Cumhuriyyətinin güclənməsiylə, otomatik olaraq Güney Azərbaycanda müstəqillik həvəsi daha da artır. Bu baxış açısı çox da yersiz deyil. Bu İranın dediyi kimi Azərbaycan Cumhuriyyəti dövlətinin Güney Azərbaycanla bağlı bir planının olduğu anlama gəlmir. Ancaq heç şübhəsiz Azərbaycan Cumhuriyyətinin hər anlamda gəlişməsi Təbrizdə və İran Türklərini ciddi mənada həm həvəsləndirir həm də umudlandırır.

Təsəvvur edin İran dünyanın ikinci qaz qaynaqlarına sahibdir və bir çox yeraltı və yerüstü sərvətə sahibdir. Ancaq bu gün vətəndaşlarının ən təməl ehtiyacını təmin eləməkdən acizdir. İran hakimiyyəti sel və zəlzələ kimi durumlarda vətəndaşının yanında olmayıb. Elə bu Korona bəlasında bütün dünya bilim ışığında məsələyə yanaşaraq, İran tam tərsinə gedib və sistemin fasid rant şəbəkəsi milyonların canını təhlükəyə atdı. Bunların yanında çox önəmli toplumsal məsələlərdə var. Misal üçün İranda yaşayan bir Türk quzeydəki Azərbaycan Cumhuriyyətindəki qardaş və bacılarının durumuna baxır və müqayisə edir. Burada çox dərin siyasi analizə də ehtiyac yoxdur. Təbrizdə musiqiyə və ya idmana könül vermiş bir gənc qızın çətinlikləriylə Gəncədə eyni yaşda bir qızın həyatını müqayisə etmək yetərli olacaq. Bundan başqa İranda illərdir Ana dilində təhsil və öz mədəniyyətinə həsrət qalan milyonlarla Azərbaycanlı quzeydəki kültürəl gəlişməyə baxıb həyatlarını müqayisə edirlər.

Burada həqiqəti anlamaq üçün dərin bir siyasi analizə də ehtiyac yoxdur. Heç Azərbaycançı olmağa da gərək yoxdur. İnsanların bir Təbrizə bir də Bakıya baxmaqları yetərli olacaq. Əlbəttə İranın Azərbaycana qarşı siyasətlərini detaylarıyla incələməkdə çox önəmli qonular ortaya çıxacaqdır. Bu müqayisə İran və Türkiyə arasında da olur. İran hakimiyyəti Azərbaycanı kiçiltməyə çalışır. Qarabağ işğalının uzun illər sürməsi üçün əlindən gələni edən Tehran hakimiyyəti əlbəttə Azərbaycanın başarılarından rahatsız olur. Son günlərdə Azərbaycan Cumhuriyyəti İranın qanunsuzca toprağına girməsinə göstərdiyi etiraz bu məsələni daha da açıq göstərdi. İran nə olursa olsun Azərbaycan hakimiyyətini yox saymağa çalışır. Ancaq Azərbaycan Cumhuriyyəti gücünü və fərasətini ortaya qoyduqca Tehran da geri oturmaq zorunda qalır. keçdiyimiz günlərdə Ərdəbilin imam cüməsindən bir neçə Millət Vəkilinə qədər Azərbaycana sayqısızlıqlar etdilər. Azərbaycanı kiçiltmək üçün ona Bakı Cümhuriyyəti sözləri deyib, siyasi otoritəsini sartsmağa çalışdılar. nəhayətdə geri oturub Azərbaycanın hakimiyyətini qəbullanmaq zorunda qaldılar. Bu səbəbdən İranşəhri düşüncəsinə mənsub radikal Fars Faşistləri Azərbaycana qarşı hicum elədikcə Azərbaycan həm quzeydə həm də güneydə daha da güclənir və zaman Azərbaycan xeyrinə işlərləyir.

Related Articles

Bir cavab yazın

Back to top button