İran

İranda oğurluq halları kəskin artıb

İran polis qüvvələrinin cinayət-axtarış bölməsinin rəhbəri Məhəmməd Qənbərinin verdiyi məlumata görə, son 19 gün ərzində 25 min oğru həbs edilib. O, oğruların 33 əyalətdə 30.557 oğurluq faktına görə həbs edildiklərini bildirib.

Universitet müəllimi və sosioloq Məhəmmədrza Əsgərpur məsələ ilə bağlı açıqlamasında belə halların çoxalmasının əsas səbəbinin yoxsulluq və ölkədə hakim olan iqtisadi hərc-mərclik olduğunu deyib.

Ədliyyə Nazirliyinin sosial məsələlər və cinayətlərin qarşısının alınması üzrə müavini Rza Məsudifər mediaya verdiyi açıqlamada, xüsusilə son 5 ildə İranda oğurluqların sayının kəskin artdığını deyib.

5 illik dövrdə oğurluq hallarının ən azı 4 dəfə çoxaldığını deyən Məsudifər son bir il ərzində ölkədə qeydə alınan oğurluq hallarının 1 milyon 400 min olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button