İran

Qərbi Azərbaycanda koronavirusla bağlı son durum

“Qərbi Azərbaycan ustanında koronavirusla bağlı vəziyyət pik həddə çatıb. Bu gedişat davam edərsə, mərizxanalarda mütəxəssis kadr çatışmazlığı ilə üzləşəcəyik”. Bunu Qərbi Azərbaycan ustandarı Məhəmməd Mehdi Şəhriyari ötən gün ölkə televizyonuna xüsusi müsahibəsində deyib. O, bildirib ki, əhali tərəfindən bu mərizliyə qarşı həssaslığın azalması, sağlıq qaydalarına laqeyd yanaşılma, nəzarət və monitorinqlərin azalması ustanda korona mərizliyinin artmasının səbəblərindəndir. “Koronavirus mərizliyini daha yaxşı idarə etmək üçün lazımi tibbi dəstək və mərizxana təxtləri təmin edilməsi ilə yanaşı, xüsusi mərizxanalar da səfərbər edilib. Koronavirusun yayılmasının dayandırılmasının açarı sağlamlıq qaydalarına əməl etməkdir”,-deyə o, bildirib.
Şəhriyari son yeddi ayda tibbi personelin və dokturların göstərdiyi səylərə görə təşəkkür edib. O, insanları Koronavirusla Mübarizə Qərargahının təsmimlərinin icrasına ciddi yanaşmağa çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button