Azərbaycanİran

Şah İranında Azərbaycan mədəniyyətini təbliğ edən əsər:

Fars dilində çəkilən “Arşın mal alan”ın rejissoru kim olub

“Arşın mal alan” filmi 1960-cı (hicri 1339) ildə İranda fars dilində lentə alınıb. Ekran əsərinin premyerası 5 oktyabr 1960-cı ildə baş tutub. Filmin əvvəlində onun Üzeyir Hacıbəyovun əsəri əsasında çəkildiyi qeyd olunub, burada azərbaycanlıların milli geyimlərindən istifadə edilib. 90 dəqiqə davam edən əsərin rejissoru və ssenari müəllifi Səməd Sabahidir.

Səməd Sabahi XX əsr Quzey Azərbaycan yazıçısı Gəncəli Sabahinin balaca qardaşıdır. Səməd 1914-cü ildə Quzey Azərbaycanın Şəmkir şəhərində anadan olub. İkinci Dünya müharibəsi illərində Sovet vətəndaşlığını qəbul etməyən Sabahi ailəsinin bir hissəsi Sibirə, digər hissəsi isə İrana sürgün edilmişdir. Sonrakı illərdə Tehranda məskunlaşan Səməd burada teatr fəaliyyəti ilə məşğul olur, bəzi türk-azəri tamaşalarını fars dilinə tərcümə edərək, səhnəyə qoyur. Daha sonra isə kino fəaliyyətinə başlayır. Rejissorun Üzeyir Hacıbəyovun yaradıcılığı əsasında ekranlaşdırılmış daha bir əsəri “O olmasın bu olsun” filmi olub.

Filmin operatoru İrac Xace-Nasiri, prodüseri İsmayıl Kuşan, rəssamı isə Vəliollah Xakdan olub. Ekran əsərində əsas rollar Tağı Zohuri, Viqen Derderyan kimi məşhur İran aktyorları tərəfindən canlandırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button