İran

İranda 3 məhbus edam edilib

Onların hər üçünün narkotik maddələrin alverində ittiham olunduqları bildirilir.

İranın Zahidan, Əliqudəra və Zabol şəhərlərinin zindanlarında daha üç məhkum dar ağacından asılaraq edam edilib.

Zahidanda 30 yaşlı Habil Hüseyn Zehi, Əliqudərzdə 41 yaşlı Yusif Fərəci və Zabolda isə 30 yaşlı Məhəmməd Zərkə Zehi adlı məhkumlar öldürülüblər.

Bir neçə gün bundan öncə İran İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, 10 oktyabr 2021-ci ildən 7 oktyabr 2022-ci ilə kimi İranda 528 nəfər edam edilib və bu öncəki illə müqayisədə edam saylarının 98 faiz artdığını göstərir.

10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icra olunacağını gözlədikləri qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button