Dünyaİran

Vaşinqton: Atom razılaşması canlandırılarsa, bir daha ondan çıxmağımız mümkündür

Vaşinqton İranla Atom Enerjisi üzrə uluslararası Ajans arasında müvəqqəti anlaşmanın sona çatmasına fikir bildirib.

Amerikanın Xarici İşlər Vəzirliyinin adının çəkilməsini istəməyən diplomatı deyib ki, bu vəziyyət hal-hazırda Viyəndə atom razılaşmasının canlandırılması üçün aparılan danışıqları daha da çətinləşdirir.

Onun sözlərinə görə, Viyən danışıqları sonsuza qədər davam edə bilməz və müzakirələr nəticə verməzsə, Co Bayden dövləti İranla bağlı yürütdüyü siyasətə yenidən baxa bilər.

Diplomat müzakirələrin 7-ci mərhələsinin yaxın günlərdə başlayacağını, ancaq dəqiq tarixin hələ ki, bəlli edilmədiyini qeyd edib.

Amerika Xarici İşlər Vəzirliyinin diplomatı habelə İranla atom razılaşmasının canlandırılması yönündə çoxlu fikir ayrılıqlarının olduğunu deyərək, anlaşma əldə edildiyi halda, ölkəsinin bir daha ondan çıxmayacağı ilə bağlı heç bir zəmanətin olmadığını vurğulayıb.

Diplomat sonda İranın həbsdə saxladığı Amerika vətəndaşları məsələsinə toxunub və bunu “rüsvayçılıq” adlandırıb.

“Amerika İranda tutulmuş vətəndaşlarının evlərinə qayıtmasına qədər sakit dayanmayacaq”, – deyə o fikrini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button