Dünya

Mişel Baçelet: “İran siyasi məhbusları azad etməlidir”

Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ali komiseri Mişel Baçelet vətəndaşların canının və sağlamlığının qorunmasında dövlətlərin məsuliyyətindən danışıb. O, İran məqamlarına səslənərək bildirib ki, Nəsrin Sutude və başqa insan haqları fəalları azad edilsin. Habelə siyasi məhbusların koronavirusa tutulma riskinə görə dərhal azad edilməli olduğu vurğulanıb. İran zindanlarında Covid-19 təhlükəsini xatırladan Baçelet ötən gün deyib: “Yalnız siyasi baxışlarına və ya insan haqlarının qorunması alanında başqa fəaliyyətlərinə görə tutulan insanlar heç bir halda həbsdə saxlanılmamalıdır. Bu cür məhbuslar daha sərt davranmaya yaxud daha böyük riskə məruz qalmamalıdır. Dövlətlər öz himayətində olan hər kəsin, o cümlədən həbsə məhkum olan şəxslərin asayişinə, habelə fiziki və ruhi sağlamlığına görə məsuliyyət daşıyır”. O, İran zindanlarında saxlanılan insan haqları fəallarının, vəkillərin və siyasi məhbusların durumu ilə bağlı dərin nigaranlığını bildirib. Baçeletin sözlərinə görə, koronavirus mərizliyi İran zindanlarında tüğyan etdiyi bir dövrdə bu cür ədalətsiz hallarının aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır.

Related Articles

Bir cavab yazın

Back to top button