Azərbaycan

İlham Əli̇yevi̇n Şuşadakı müraci̇əti̇nə Güney Azərbaycanlılardan dəstək

BBC radionun fars bölməsinin rəsmi instaqram səhifəsində Azərbaycan Cümhuriyyəti Prezidenti İlham Əliyevin Şuşada xalqa müraciəti barədə yazı yerləşdirib. “Azərbaycan Prezidenti Novruz tonqalını Şuşa zirvəsində qaladı” başlıqlı yazı sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub. Fotoşəkillərin də yer aldığı bu paylaşım 14 saatda 242 min istifadəçi tərəfindən bəyənilib və 7 min şərh yazılıb. 13 milyon izləyicisi olan “BBC Farsca”nın səhifəsindəki bu paylaşım ən çox bəyənilən və şərh yazılan status olub. Güney Azərbaycanlılar dövlət başçısının çıxışına möhtəşəm dəstək veriblər. Onlar şərhlərində Azərbaycanın 44 günlük savaşdakı qələbəsinə dəstəklərini ifadə ediblər. “Güney Azərbaycandan olan soydaşlarımız işğal olunmuş torpaqlarını azad etmək üçün Azərbaycanın apardığı 44 günlük savaşı dəstəkləyir”, “Azərbaycan Cümhuriyyəti ilə qürur duyuruq” kimi şərhlər üstünlük təşkil edib.

Related Articles

Bir cavab yazın

Back to top button