Dünya

Səudiyyə Ərəbistanı ölkəyə giriş qadağasını uzatdı

Səudiyyə Ərəbistanı koronavirusun yeni ştammı ilə əlaqədar ölkəyə giriş qadağasını daha bir həftə uzadıb.

Bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin qərarında deyilir.

Ölkə dekabrın 21-də virusun mutasiyası ilə əlaqədar beynəlxalq aviareysləri, dəniz və yerüstü sərhəd keçidlərini bağlamışdı. Eyni zamanda Oman və Küveyt də sərhədləri bağladığını elan etmişdi.

Qadağa yükdaşımalara şamil olunmur.

Qeyd edək ki, bugünədək Səudiyyə Ərəbistanında 362 mindən çox şəxs koronavirusa yoluxub, 6 mindən çox xəstə vəfat edib.

Bir müddət əvvəl Böyük Britaniyada və CAR-da koronavirusun yeni, daha sürətlə yayılan ştammı aşkar olunmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button