Araşdırma & Təhlilİran

Azərbaycan türkləri fars şovinizminin hədəfi kimi

İran hakimiyyətinin gözündə ölkə təkcə Tehran və farslardan ibarətdir, – desək yanılmarıq. Belə ki, ölkədə fars xalqından savayı başqa xalqların varlığı heç sayılır. Bu xalqlar ən təməl hüquq və azadlıqlarından belə məhrum edilir.
Bu gün İrandahamının narazılığı iqtisadi durumla bağlıdır. Etiraz dalğası demək olar ki, ölkənin böyük bir qismini bürüyür. Hakimiyyətə, yaşam şəraitinin çətinləşməsinə və iqtisadi böhrana qarşı ucalan səslər günü-gündən artmağa başlayır. Artıq hər kəsə mbəllidir ki, indiki ölkəni dolandırma sistemi uzun müddət davam edərsə, vəziyyət daha da gərginləşəcək. Fars milliyyətçiləri də öz növbəsində qeyri-farsları İslam Cümhuriyyətindən daha ağır basqılara məruz qoymağa çalışır. Son 150 ildə olduğu kimi, bu gün də fars milliyyətçiliyi İranın demokratik bir ölkəyə çevrilməsini qarşını alan əsas məqamlardandır.
Aydındır ki, Azərbaycan türklərinin İranda böyük üstünlükləri vardır. İran cəmiyyətinin demək olar ki, yarısını təşkil edən türklərin dövri çətinliklərlə rəqabət aparması müstəsna rolu ilə seçilir. Şübhəsiz ki, “azərbaycan türkləri ayağa qalxarsa, bütün diqqətlər Təbrizə yönələr” fikri də yersiz deyilməyib. Bu gerçəklik özünü bütün tarix boyu göstərib. Baş verə biləcək bütün hallara hazırlıqlı olmağa çalışan Tehran hakimiyyəti də bu səbəbdən Güney Azərbaycanı kölgədə saxlamağa çalışır. Buna görə də İran rejimi qeyri-fars millətlərlə türklər arasında ciddi bir rəqabət yaratmağa cəhd göstərir. Tehran hakimiyyəti illərdir kürdləri Qərbi Azərbaycanın bir sıra şəhərlərində yerləşdirir. İran rejimi bölgəni qondarma Kürdüstan kimi göstərmək üçün əlindən gələni əsirgəmir. Azərbaycanın dirəniş simgəsi sayılan Kazımxan daşının önündə kürd musiqisinin ifası və bunun dövlət televizyonunda yayımı sözügedən siyasətin bir parçasıdır. İranda Azərbaycan adını sansuru etmək də uzaq keçmişlərə söykənir. Qərbi və Şərqi Azərbaycan ustanlarına Urmiyə və Təbriz ustanı deyilməsi də bu bu siyasətin nəticəsidir.
21 Azər hərəkatı dövründə Fars faşizminə qarşı savaşıb ciddi başarılar əldə etmələrinə baxmayaraq, Tehran azərbaycanlıları və kürdləri bir-biri ilə düşmən etməyə çalışır. Eyni siyasi taktiki Astara üzərində də həyata keçirilir. Belə ki, İran israrla Astaranı Ərdəbildən ayıraraq, Gilan ustanına birləşdirməyə çalışır. Son illərdə Heyran gədiyinin Azərbaycandan qoparılıb Gilan ustanına birləşdirilməsi də bu məsələdən qaynaqlanır.
Bir məsələni də vurğulayaq ki, Azərbaycan Milli Hərəkatının ümumiləşməsi, milli oyanışın işartılarının sezilməsi ilə Tehranda basqılar gücləndirilib. Bütün bu çəkişmələr arxasına fars milliyyətçiləri Gilanda yaşayan talışlarla türklər arasında gərginlik yaratmağa çalışırlar. Bununla da uzun illər yanaşı yaşayan milılətlər arasında münaqişə yaradılmasına cəhd edilir, türk fəalların daha ağır basqılara məruz qalmalarına şərait yaradılır.
Ancaq başqa bir məqamı diqqətdə saxlamaq vacibdir. Türk xalqı məsələyə insansevərliklə yanaşır. Uzun müddət torpaqlarının erməni vəhşilərinnin işğalında olmasına baxmayaraq, bu gün Azərbaycan milləti multikultural və humanizm dəyərlərinə sadiq qalaraq ermənilərə qarşı basqı göstərmir. Tərsinə, onların dinc yaşamasına icazə verilir. Bəli, Quzey Azərbaycanda bütün insan hüquq və azadlıqlarına sayğı ilə yanaşılır. Kimliyindən asılı olmayaraq, hər bir şəxsin haqlarına dövlət tərəfindən təminat verilir.

Related Articles

Bir cavab yazın

Back to top button