İran

İran hökuməti etirazçıları yatırmaq üçün terror təşkilatlarından istifadə edir

Sosial mediada İran polis zabitinin hökumətin etirazçılara qarşı terror təşkilatlarından istifadə etməsi ilə bağlı səs yazısı yayılıb.

O, xalqa müraciət edəeək etiraz aksiyalarının genişlənməsindən qorxuya düşən Tehran hökumətinin İraqda yerləşən İranmeyilli “Həşədülşəbi” terror təşkilatının silahlılarından istifadə etdiyini deyir.

Polis zabiti İraqdan uçaqlarla Tehrana gətirilən çox sayda terrorçuya polis paltarı geyindirib və əllərinə silah verərək aksiyaları dağıtmağa göndərildiklərini bildirir.

Qeyd edək ki, bundan öncəki etiraz aksiyalarında da, İran hökuməti Əfqanıstan terrorçu qruplaşması “Fatimiyyun”, İraq terrorçu dəstəsi “Həşədülşəbi”, Livan “Hizbullah”ı və başqa bu kimi qruplaşmaları xidmətindən istifadə edib.

Related Articles

Bir cavab yazın

Back to top button