Azərbaycanİran

Urmuda mühacirlər torpaq iddiaları səsləndirdilər

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərindən martın 1-də İran parlamentinə 12-ci çağırış seçkilərinin nəticələri açıqlanıb.

Elan edilən rəsmi məlumata görə, Hakim Mamakan (kürd) 119776 səs, Şəhin Cahangiri (kürd) 117786 səs və Seyyid Salman Zakir (türk) 115761 səslə qalıb elan ediliblər.

Nəticələrin elan edilməsindən sonra şəhərin fərmandarlığı qarşısına toplaşan kürdlər “Urmiya Kürdüstan” şüarları səsləndirib, Azərbaycana qarşı torpaq iddialarını təkrarlayıblar.

Bununla yanaşı kürd partiaları, Azərbaycana qarşı ərazi iddiası ilə tanınan cərəyanlar paylaşımlar edərək kürdlərin qələbəsini təbrik ediblər.

Eyni halda türk seçicilər də nəticələrin saxlalaşdırıldığını deyib və etiraz aqksiyaları keçiriblər.

Onlar seçkilərdə saxtakarlıq olduğunu, kürdlər yaşayan bölgələrdən Urmu şəhərinə qruplar halında seçicilərin gətirildiyini bildiriblər.

Məlumatlara görə, Urmu şəhərində kürd namizədlərə verilən səslərin 50 mini başqa bölgələrdən şəhərə gətirilən və qanunsuz səs verən kürdlərə aiddir.

Qərbi Azərbaycan əyalətinin miliyyətcə kürd olan valisi Məhəmmədsadiq Mötəmedianın səsvermənin nəticələrinin təcili elan edilməsi və təsdiqlənməsi üçün DİN-in yerli bölməsinə, fərmandarlığa təzyiq göstərdiyi deyilir.

Azərbaycanlı etirazçılar isə səsvermənin nəticələrinin ləğv edilməsini və Urmiyada yenidən seçki keçirilməsini tələb edirlər.

Qeyd edək ki, Sulduz və Makı şəhərlərindən də kürd namizədlər Əbdülkərim Həsənzadə və Ömər Əlipur parlamentə təyin ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button