İran

İran zindanlarında intihar halları artıb

Xüsusilə son illər İran zindanlarında saxlanılan məhbusların intihar halları kəskin artıb və bir sıra məhbuslar dözülməz şəraitə qarşı çıxış yolunu intiharda görürlər.

İran insan haqları təşkilatlarının verdiyikləri məlumata görə, aprelin 19-da Tehranın “Fəşafuyə” zindanında saxlanılan daha bir məhbus intihara cəhd edib.

Məlumatda Məcid Keşvəri adlı məhkumun ağır xəstəlikdən əziyyət çəkdiyi üçün zindandan qıraq xəstəxanada əməliyyata ehtiyacı olduğu barədə həkimlər rəy veriblər.

Həkimlərin rəyi və məhkumun zindan rəhbərliyinə müraciətinə baxmayaraq ona cərrahi əməliyyat olunmaq üçün icazə verilməyib.

Keşvəri bundan öncə aprelin 2-də intihara cəhd göstərib və kamera yoldaşlarının sayıqlığı nəticəsində həyatı xilas edilib.

Bundan bir neçə gün öncə isə Qərbi Azərbaycan əyalətinin makı şəhərinin mərkəzi zindanında saxlanılan Məhəmməd Dirəfşi adlı məhbus zindan və məhkəmə məsullarının onun işinə baxmadıqları, qeyri-müəyyən şərayitdə saxladıqlarına etiraz olaraq intihar edib.

Qeyd edək ki. aprelin 12-də Beynəlxalq Əfv Təşkilatının yaydığı 108 səhifəlik hesabatda son 12 ildə İran zindanlarında öldürülən çox sayda məhkumdan bəhs edilir.

“İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb”-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb.

Related Articles

Bir cavab yazın

Back to top button