İran

ƏRDƏBİLDƏ TOLİD EDİLƏN ƏKİNÇİLİK MƏHSULLARI SUYUNUN PULUNU BELƏ ÖDƏMİR

Ərdəbil ustanının Bağ sulu və demdən ibarət 778 min hektar əkiləcək sahəsi var. Eləcə də 910 min hektar Otlağı və 63 min hektar meşəyə sahibdir. Bununla da Ərdəbil ustanı məsahətinə görə digərləri müqayisədə ölkənin ən çox əkinəcək sahib olan ustandır.
Belə ki, ustanının 778 min hektar Bağlar sulu və demnən ibarət əkinəcəyi və eləcədə 910 min hektar Otlağı və 63 min hektar meşə ilə vüsətinə nisbət İranda Ən çox əkinəcək sahəsi var.
Ərdəbilin Cəhad keşavərzi idarəsinin rəisi Xəlil Nikşadın sözlərinə görə, əkinəcək bölümünün tolidi 2 milyon 900 min ton, yağlı bitgilər bölümünün tolidi 74 min ton, bağ məhsullarının tolidi 412 min tondur.
Ərdəbil ustanında 30 milyon dolar əkinçilik məhsulatı sadir edilir.
Ərdəbil əkinçilik idarəsinin müşaviri Behruz xəlilinin dediyinə görə, əkinçilik bölümünün böyük həcmdə tolid edilir. Ancaq ustanda təbdili sənaynein olmadığı üçün əkinçilərin məhsulları o cümlədən Alma, Hülü, sarımsaq, Şəlil kimi məhsulların tolidi bir çox narazılıqlara səbəb olur.

Xəlili, “ustanda muxtəlif növdə 4.5 milyon məhsul tolid olunur ki, onun 1 milyon 450 min tonu emal oluna biləcək halda yetərincə istifadə olunmur və 2 milyon tonu da xam şəkildə satılır. Xudafərin səddinin vasitəsilə 42 min hektar əkinəcək ərazinin artırılması ilə tolid sərfiyyəti daha 1 milyon ton artacaq. Bununla da təbdili sənayenin sərfiyyəti 3.5 milyon tona çatır ki, bu miqdara sanaye yoxdur.
Əgər ustanın naxalis gəliri 40 min milyard tümən hesablasaq, hər kilo məhsul 1000 tümənə düşəcək. Bir haldaki əkinçilər bu rəqəmin neçə bərəbərin işçi və suya xərcləyir. ayrı tərəfdən isə muhit zistə ciddi ziyan verilir. Əgər örnəyin yeralmaya sərf edilən suyu sadəcə qablaşdırıb sadir etsək bundan neçə qat daha çox mənfəəti olar. Buda o deməkdir ki, tolid edilən məhsullar suyunun pulunu belə ödəmir”, – deyə bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button