İran

Əbülhəsən Məhdəvi qadınların velosiped idarə etməsini qəbulolunmaz adlandırıb

“Qadınların çərx sürməsinin qadağan edilməsinə baxmayaraq, bu qanuna qarşı çıxanlar hələ də var”. Bunu İsfahanın Xubrəqan Məclisinin üzvü Əbülhəsən Məhdəvi bildirib. Onun sözlərinə görə, qanuna etiraz edənlər bunun ədalətsiz olduğunu bildirir və qadınların bu hüququnun təmin olunmasını istəyirlər. Əbülhəsən Məhdəvi bildirib ki, şəriət qaydalarına əsasən, qadınların çərx sürməsi qəbulolunmazdır.
Xatırladaq ki, bir müddət öncə İsfahanın Nəcəfabad Şəhərində çərx sürən bir qadının həbs edilməsi ilə ilgili xəbərlər yayılıb. Bu olaydan sonra onlarla Bəsic üzvü şəhərdə mitinq keçirib. Etirazçılar bu qərarın ədalətsiz olduğunu bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button