Dünya

Əfqanistanda İrana kəşfiyyat balonu satmaq istəyən şəxs həbs olunub

Bu barədə Taliban hökuməti məlumat yayıb.

Taliban hökumətinin verdiyi məlumata görə, Əfqanistanda Amerikaya məxsus qabaqcıl kəşfiyyat balonunu İrana satmaq istəyən şəxs həbs olunub.

Məlumatda balonun dəyərinin 170 milyon dollar olduğu halda saxlanılan şəxsin onu 35 milyon dollara İran İnqilab keşikçiləri Korpusuna satmaq istədiyi qeyd olunub.

Həbs olunan şəxsin adının çəkilmədiyi məlumatda, onun Ərzəqan vilayətindən olduğu və mürəkkəb əməliyyat nəticəsində Qəndihar şəhərində həbs edildiyi bildirilib.

Əfqanistan mediası Talibana istinadla bildirib ki, qabaqcıl balon 24 saat ərzində təxminən 550 kilometr ərazini əhatə edə bilən “Jelns” tiplidir və əsas məqsədi qanadlı raketləri, pilotsuz təyyarələri və hərbi təyyarələri aşkar etməkdir.

Related Articles

Bir cavab yazın

Back to top button