Dünya

Dünya ölkələrindən İranın uraniumu 20 faizədək zənginləşdirməsinə münasibət

Alman, Fransa və İngiltərənin xarici işlər vəzirləri İranın uranimu yüzdə 20-dək zənginləşdirməyə başlaması ilə bağlı birgə açıqlama yayıblar. Açıqlamada bildirilib: “Heç bir əsaslı qeyri-nizami hədəfi olmayan və atom silahlarının yayılması üçün çox ciddi təhlükələr yaradan bu addım, İranın BƏRCAM-a bağlılığının açıq şəkildə pozulmasıdır. İranın bu addımı atom anlaşmasını imzalayanların bu razılaşmaya əməl etmək öhdəliyini zədələyir. Eləcə də Amerikanın yeni dövləti ilə diplomasiyə qayıtmaq fürsətini təhlükəyə atır. İran uraniumun yüzdə 20-dək zənginləşdirilməsini dərhal dayandırmalı, zənginləşdirmə planını atom anlaşmasında razılaşdırılmış həddə qaytarmalı, səmərəli diplomasi mühitini məhdudlaşdıran hər hansı addımdan çəkinməlidir”.

Related Articles

Bir cavab yazın

Back to top button