İran

HƏMƏDAN OSTANINDAKI ŞƏHƏRLƏR YAXŞI VƏZİYYƏTDƏ DEYİL

İLNA-nın verdiyi məlumata görə, Həmədanın Korona ilə Mübarizə, Kontrol və Mübarizə Sitadının rəisi bu gün, “Həmədan ostanındaki heç bir şəhər hal-hazırda ağ vəziyyətə gəlmir və bu şəhərlər sarı vəziyyətdədir”, – deyə açıqlama verib. 

Səhiyyə Vizarətxanası tərəfindən Rəis Cumhurun iştirakı ilə bu gün Korona Milli Sitadına verilən məlumata görə, ölkənin 132 şəhəri aşağı riskli və sözdə ağ elan edildi.
Həmədan Ostandarı Səid Şahroxi, “korona Milli Sitadının açıqladığı göstərgələrə görə bir şəhərin ağ vəziyyətdə olduğu elan edildiyində sağlamlıq protokolları əsasında məscidlərdə cümə və camaat namazı qılmanın məhdudiyyəti yoxdur. Ona görə hal-hazırda Həmədan və ostanın digər şəhərlərindəki məscidlərdə və Hüseyniyyələrdə cümə və camaat namazlarının keçirilməsi üçün şərait mövcud deyil.
O əlavə etdi ki, Tibb Elmləri danişgahının verdiyi hesabata görə, ostanda koronaya qarşı mübarizə və kontrol işləri yaxşı vəziyyətdədir və ostan əhalisinin yüzdə 83-dən çoxu sağlamlıq protokollarına yaxşı əməl edirlər. Ağ vəziyyətə gəlmək üçün ilk gündə olduğu kimi sağlamlıq və qorunmaya ciddiyyətlə yanaşmalıyıq.

Related Articles

Bir cavab yazın

Back to top button