İran

Əhərin hidratlı əhəng zavodunda görülən işlərlə bağlı son durum

“Əhərin hidratlı əhəng karxanası istifadəyə verilmə mərhələsindədir. Azər ayının sonuna dək karxananın açılışı baş tutacaq”. Bunu İranın Mis Sənayesi Milli Şirkətinin amil müdiri Ərdəşir Sə`d Məhəmmədi bildirib: “Bu projəyə təxminən 130 milyon tümən sərmayə yatırılıb. Hədəf ilk fazda Süngün Misi Müctəməsinə lazım olan əhəngin təmin olunmasıdır. İkinci fazın fəaliyyətə başlaması üçün də gərəkən şərait yaradılacaq. Beləliklə, bölgənin bu məhsulla bağlı ehtiyacını təmin edəcəyik”,-deyə o, bildirib. Ərdəşir Sə`d Məhəmmədi Məzrəə Mis Karxanasının yenidən istifadəyə verilməsi ilə bağlı da danışıb: “Yatağın daşqıranı 15 günədək işləməyə hazır olacaq. Xam maddəsi isə Dərə yatağından təmin olunacaq. Bu da bölgədə işləmək, mal dövriyyəsini artıracaq. Yeni yataqların axtarışını, zəxirələrin təyin edilməsi işlərini tezləşdirəcəyik. Nəticələr bəlli olandan sonra bölgədə daha mücəhhəz bir karxananın tikilməsinə sərmayə yatıracayağıq. Koronavirus məsələsinə baxmayaraq, ötən illə müayisədə şirkətimizin tolidi yüzdə 7 artırıb. İlin sonuna kimi 280 min ton mis katodunun tolidi planlaşdırılıb. Bu günə kimi 57 min metirlik qazıntı işləri aparılıb. İlin sonuna qədər bu rəqəmin 100 min metir artırılması nəzərdə tutulub. Hazırda ölkə üzrə 29 tərh üçün 2 milyard 5oo milyon yuro dəyərində sərmayə yatırmışıq. Gələn ildə Dərə Zar, Dərəlu və ərintidən yaranan konstantrə karxanalarının açılışı olacaq. İranın Mis Sənayesi Milli Şirkətinin fəaliyyətini müsbət qimətləndirə bilərik. Haytek və Nano sənayesindən istifadə etməklə ölkənin xalis olmayan tolidini artıra biləcəyik”,-deyə o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button