Azərbaycan

Əhərin polis rəisi Qudrət Ağapur sosial media fəalalrını hədələdi

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin polis rəisi Qudrət Ağapur sosial şəbəkə fəallarından şikayətlənib.

Qudrət Ağapur mediaya verdiyi açıqlamada sosial media istifadəçilərinin “qaydalara riayət” etmədiyini vurğulayıb.

Polis rəisi İran rəsmilərinin sosial media istifadəçilərinə qarşı məhdudiyyətlər qoyulması ilə bağlı təkliflərini təkrar edib.

Q. Ağapur rəsmilərin məlumatların yayılması, aksiyalara çağırış və digər hərəkətlərin qarşısının alınması üçün etdikləri çağırışların vətəndaşların asayişinin qorunmasına xidmət etdiyini bildirib.

Qeyd edək ki, son aylar İran rəsmiləri, məhkəmə sistemi başçıları internet və sosial media istifadəçilərinə nəzarətin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Bununla yanaşı polis rəisi Əhər şəhərində silah-sursat aşkarlanma hallarının ötən ilin oxşar dövrü ilə müqayisədə 40% çoxaldığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button