İran

Əlbürz əyalətində koronavirus qurbanlarının sayı artır

Güney Azərbaycanın Əlbürz əyalətində son 24 saatda koronavirusdan daha 15 ölüm halı qeydə alınıb. Bununla da virus qurbanlarının sayı 1337 nəfərə yüksəlib. Məsələ ilə bağlı Əlbürz Tibb danişgahının müdiri Məhəmməd Fəthi məlumat verib. Onun sözlərinə görə, ötən 1 gündə COVID-19 əlamətləri ilə daha 129 nəfər mərizxanalara yerləşdirilib. Nəticədə mərizlərin ümumi sayı 19 698 nəfərə çatıb.
Hazırda isə virusa tutulmaqda şübhəli bilinən 739 nəfər mərizxanalarda müalicəsini davam etdirir. Onlardan 349 nəfərinin qəti şəkildə mərizliyə tutulması müəyyən edilib.

Related Articles

Bir cavab yazın

Back to top button