İran

Əlirza Fərşiyə qarşı təzyiqlər davam edir

Tehran həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi Dizə Yekanlıya mürəxəsi icazəsi verilmir. Məlumata görə, fəalın mürəxəsiyə göndərilməsinə əmniyyət qüvvələri maneə olur. Belə ki, fəal fərvərdinin 16-da nazir dadyardan 20 isfənd tarixində vəsiqə qarşılığında mürəxəsiyə göndərilməli olduğu ilə bağlı bildiriş alıb. Ancaq bilinməyən səbəblərdən bildiriş verildiyi tarixdən bir ay sonra Fərşiyə çatdırılıb və hələ də icra edilməyib. Fəalın vəkili və qohumları bu duruma etirazlarını bildiriblər. Bundan sonra fəalın 500 milyon tümənlik vəsiqə girovu qarşılığında mürəxəsiyə göndərilməsi barədə razılıq əldə olunub. Ancaq məhkəmə məsulları əmniyyət qüvvələrinin hökmə qarşı çıxdığını bildirir və girov vəsiqəsini qəbul etməkdən çəkinirlər. Bildirək ki, Uluslararası Əfv Sazmanı fərvərdinin 27-də Əlirza Fərşinin zindana məhkum edilməsini, habelə azərbaycanlı məhbuslara qarşı basqıları qınayıb. Sazman Fərşinin qeyd-şərtsiz azadlığa buraxılmasını istəyib. Fəalın Azərbaycan türklərinin hüquqlarının qorunması ilə bağlı dinc fəaliyyətlərinə görə 2 il zindan cəzası aldığı vurğulanıb. Uluslararası Əfv Sazmanının yaydığı açıqlamada bildirilib: “İlgili məqamlar ona qarşı yeni keyfəri pərvəndələr açıblar. Tehranın İnqilab Məhkəməsinin 26-cı Şöbəsi 16.12.1399-cu ildə tam ədalətsiz bir toplantı keçirib. Nəticədə Əlirza Fərşi “milli əmniyyətə qarşı cürm törətməyə toplaşma və işbirliyi”, “nizama qarşı təbliğ” ittihamları ilə 4 il 2 ay zindana məhkum edilib. Fəala hizblərə və siyasi qruplara 2 ilədək üzv olmaq qadağan edilib. Onun Tehranın Zibilləri arıtma Mərkəzinin birində 2 ayadək icbari işləməsi barədə qərar verilib”. Sazman diqqətə çatdırıb ki, Fərşinin 5 dəqiqəlik məhkəmə toplantısı vəkilinin iştirakı olmadan keçirilib. Fəal məhkəmə salonuna əl- ayağının qandallı gətirilib. Ona özünü savunmağa belə imkan verilməyib. Uluslarası qurum bildirir ki, Fərşi fiziki zorakılığa məruz qalaraq gözündən zədələnib. O, gərəkli tibbi xidmətlə təmin olmayıb, habelə ailəsi ilə ilgi qurmasına icazə verilməyib. “İran məqamları Əlirza Fərşiyə qarşı qanun pozuntularına yol verən məsulların ədalətli məhkəmələrdə mühakiməsini təmin etməlidir”,-deyə Uluslararası Əfv Sazmanı diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button