İran

Əmir Çəməninin məhkəməsi keçirilib

Təbriz şəhər sakini və mədəni fəal Əmir Çəməninin məhkəməsi keçirilib. Fəal tuiter səhifəsində “Aşura Sipahının İttilaat İdarəsi” tərəfindən ona qarşı edilən şikayət əsasında məhkəməyə çağırıldığını bildirib.
“Aşura Sipahının İttilaat İdarəsinin şikayətinə və Təbriz dadsitanının keyfərxastına əsasən, nizama qarşı fəaliyyət ittihamı ilə Təbrizin İnqilab Məhkəməsinin 2-ci Şöbəsində mühakimə olundum”, – deyə fəal qeyd edib.
Əmir Çəməni “cəmiyyətin düşüncəsini qıcıqlandırmaq üçün yalan məlumat yaymaq” ittihamı ilə təqsirləndirildiyini açıqlayıb. Təbrizin Keyfəri Məhkəməsinin 112-ci Şöbəsi tərəfindən İttihamla bağlı fəalın pərvəndəsinə baxış keçirilib.
Bildirək ki, Əmir Çəməni mədəni fəaliyyətlərinə görə əvvəllər də həbs edilib. O, 1397-ci ilin şəhrivər ayının 11-də Təbrizin İnqilab Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən “nizama qarşı təbliğat” ittihamı ilə 6 ayadək təziri həbsə məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button