Dünya

Filippində vulkan səbəbindən daha 30 min insan təxliyə ediləcək

Filippin hakimiyyəti Luzon adasında püskürən Mayon vulkanı ərazisində əlavə 30 min insanı təxliyə etməyə hazırlaşır.

Bu barədə “Manila Standard” qəzeti məlumat yayıb.

Vulkanın səkkiz kilometrliyində yaşayan sakinlərə təcili evakuasiyaya hazırlaşmaq tövsiyə olunub.

Filippin Xəbər Agentliyinin daha əvvəl xəbər verdiyi kimi, iyunun 11-də başlayan Mayon vulkanının püskürməsi nəticəsində 13,8 min insan təxliyə edilib.

Yerli hakimiyyət orqanları təxliyə edilənləri humanitar yardım, o cümlədən su və ərzaq təchizatı və ilkin tələbat malları ilə təmin etmək üçün təxminən 500 min dollar ayırıb.

Təxminən 2 500 metr hündürlüyü olan Mayon Filippindəki ən aktiv vulkan hesab olunur. Mayonun püskürməsi sonuncu dəfə 2018-ci ilin yanvarında baş verib. (report)

Related Articles

Bir cavab yazın

Back to top button