Azərbaycan

Ərakda, Pfayzer yerinə alerjiyə qarşı dava vurulub. Ərakın Tibb Elmləri Bilimyurdunun rəisi doktor Seyid Məhəmməd Camalian bildirib

“Əyalətin vilayətlərinin birində, təəssüflə, çox yuxarı qiymətlə Metil Prednizolon iynəsi Pfayzer korona vaksini kimi satılıb və vurulub.

“Əyalətin vilayətlərinin birində, təəssüflə, çox yuxarı qiymətlə Metil Prednizolon iynəsi Pfayzer korona vaksini kimi satılıb və vurulub. Deyilənə görə vurulmuş bu davanın hər 2 dozu üçün hardasa 50 milyon tümən alınıb. Xalq bu sahədə mənfəət axtaranlar və dəllallara aldanmasın. Ona görə ki, hələ Pfayzer vaksini rəsmi olaraq ölkəyə gətirilməyib, kimsə də qaçaq tərzdə gətiribsə, onlar sağlıq şərtləri və üsuli qorunma çərxə ilə daşınmayıb. Cəbənin üzərində hansısa bir xass brendin loqosu və adı vurulub və ya həkk olunubsa, onun içindəkilərinin əsl olmasına və hətta vaksin olmasına dəlalət etməz. Həmin vilayətdə əhalinin güvənməsi və bilikli olmamasından istifadə olunub və hələ indiyə kimi bəlli edillmiş və ehimal olaraq çox olacaq hardasa 15 nəfərə təqəllübi vaksin vurulub, adlarına vaksin kartı da çıxarılıb. Xalq bu dəllallara və fırıldaqçılara əsla inanmasın və vaksini bildirilmiş vaxtlarda ancaq tanıtdırılmış mərkəzlərdə vurdursunlar.”. Bildirək ki, Metil Prednizolon davası artrit, qan pozuntusu, bədənin imeni sisteminin pozulmasının və bu kimi mərizlikləri müalicə üçün istifadə olunur.

Related Articles

Bir cavab yazın

Back to top button