Dünya

Ərbil şəhərinə edilən raket hücumu qınanılıb

Amerika, Britaniya, Alman, Fransa və İtaliyanın yaydığı birgə bəyaniyyədə bəhmənin 27-də Ərbil şəhərinə edilən raket hücumu qınanılıb. Bəyaniyyədə həmlə nəticəsində ölənlərin ailələrinə və İraq xalqına başsağlığı verilib. Amerika və DAEŞ-ə qarşı Beynəlmiləl Etilaf qüvvələrinin yerləşdiyi mərkəzlərə edilən həmlələr “dözülməz” adlandırılıb. Amerikanın xarici işlər Vəzirliyinin sözçüsü Ned Prays da hücumla bağlı açıqlama verib. O, Amerika və İraq məqamlarının olayla ilgili araşdırma apardıqlarını bildirib. Araşdırmaların nəticəsindən sonra Amerikanın hücuma cavab verəcəyini vurğulayıb. Bildirək ki, İranın İraqda himayə etdiyi yaraqlıların vasitəsilə təsis edilmiş Oliyayi Qan Qordanları hücumla bağlı bəyaniyyə yayıb. Burada bəhmən ayının 27-i saat 21:15-də Amerikaya qarşı bir əməliyyat keçirildiyi və Ərbildə Əlhərir payqahına 24 raket atəşi açıldığı qeyd olunub. Oliyayi Qan Qordanları bu həmlənin məsuliyyətini öz üzərinə götürüb.

Related Articles

Bir cavab yazın

Back to top button