İran

Ərdəbil zindanında saxlanılan milli fəallarla ilgili son durum

Ərdəbildə tutuqlu saxlanılan 8 milli fəalın azadlığa buraxılması üçün 500 milyon tümənlik vəsiqə qoyulub. Buna baxmayaraq, fəallar hələ də zindandadırlar. Məlumata görə, milli fəallar Əsgər Əkbərzadə, Əli Xeyrcu, Murtəza Pərvin, Mustafa Pərvin, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Meysəm Colani 27 gündür ki, Ərdəbil ilə Səreinin arasında yerləşən “Şam Əsbi” zindanında saxlanılırlar. Abanın 3-də siyasi zindanilərin ailələri bilgi əldə etmək üçün Ərdəbil məhkəməsinə gediblər. Ancaq məhkəmə məqamaları 10-cu şobənin hakimi Babək Nonəhalın 4 günlük izində olduğunu deyiblər. Bildirilib ki, azərbaycanlı fəalların dosyaları Tehran ittilaatının əlindədir. Heç bir dəqiq bilgi verilməməsi ailələrin nigaranlığına səbəb olub. Bildirək ki, Babək Nonəhal 10-cu şobənin hakimi Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadəni də etiraz etdiyi üçün tutuqlayıb.
Qarabağa dəstəyə görə tutuqlanan Hamed Heydəri, Pərvin Siyabi Gorcan, Hüseyn Balaxani, Səccad Colani və Məhəmməd Colani 500 milyon tümənlik vəsiqə qarşılığında Ərdəbil zindanından müvəqqəti azad olunublar. Vurğulayaq ki, özəlliklə Ərdəbildə tutuqlanan milli fəallar ağır işkəncələrə məruz qalıblar. Məhkəmə məsulları fəalların etirazına məhəl qoymayaraq şikayət etmələrinə əngəl olublar.

Related Articles

Bir cavab yazın

Back to top button