Azərbaycanİran

Ərdəbildə əlil soydaşlarımız öz etiraz səsini ucaltmağa məcbur olublar

Fiziki məhdudiyyətli qadın və kişilər Dövlət Rifah Təşkilatının binası qarşısında toplaşaraq “Əlillərin müdafiəsi haqqında” qanunun 27-ci maddəsinin 5 ildir icra olunmamasına etiraz ediblər.

Sözügedən aksiya Ərdəbillə yanaşı, Kirman və Kirmanşah şəhərlərində də baş tutub.

Qeyd edək ki, “Əlillərin müdafiəsi haqqında” qanunun 27-ci maddəsi ağır əlilliyi olan, işi və gəliri olmayan şəxslərə minimum illik əməkhaqqı məbləğində müavinatın dövlət tərəfindən ödənilməsinə məcbur edir. Əfsus, İran hökuməti illərdir verdiyi vədləri pozur və özü qəbul etdiyi qanun layihələrini icra etməkdən boyun qaçırır.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button