İran

Ərdəbildə 365 ictimai iaşə obyekti bağlanıb

Ərdəbildə qərəntinə qaydalarını pozan 365 restoran, çay və qəlyan evi plomblanıb. Məsələ ilə bağlı fərvərdinin 30-da Ərdəbil Vilayətinin fərmandarı açıqlama verib. Məsud İmami Yeganə bildirir ki, Ərdəbil şəhərində koronavirusla bağlı durum kəskinləşib. Belə ki, gündəlik 80-100 nəfər mərizxanaya yerləşdirilir. Buna görə də məhdudiyyətlərin icrasına ciddi nəzarət edilir. Açıqlamaya görə, ötən gün Ərdəbildə səhra tipli mərizxana istifadəyə verilib. Fərmandarın sözlərinə görə, burada da boş yer qalmazsa, koronaviruz mərizləri mədrəsələrə yerləşdirilə bilər. Hazırda gündəlik ölənlərin sayı 4-6 nəfərdir. Bu da durumun kəskinləşdiyini göstərir. Bildirilib ki, qarşıdakı həftədə məhdudiyyətlər gücləndirilə bilər. Qeyd edilir ki, ictimai məkanların fəaliyyəti yoluxanların sayını artırır. Həmin məkanlarla bağlı məhkəməyə müraciət edilib.

Related Articles

Bir cavab yazın

Back to top button