Site icon Aznews TV

Ərdəbildə etiraz aksiyası: 9 həkim istefa verdi

Ərdəbil Qanköçürmə Mərkəzinin başçısı Şərarə Dejkam mediaya verdiyi açıqlamada bildirib ki, mərkəzdə çalışan 11 nəfərlik həkim heyətinin doqquzu istefa verib.

O, bildirib ki, hal-hazırda talassemiya xəstələrinin, kimyaterapiya və avtomobil qəzalarında xəsarət alanların bu mərkəzin fəaliyyətinə ehtiyacı olsa da, məcburən bu addımı atıblar.

“Həkimlərin istəklərinə əhəmiyyət verilmədiyi üçün işdən ayrılmağa məcbur olduq”-deyə, o, bildirib.

Onun sözlərinə görə, mərkəzdə yalnız iki həkim qalıb.

Exit mobile version