Azərbaycan

Ərdəbildə etiraz aksiyası: 9 həkim istefa verdi

Ərdəbil şəhərinin Qanköçürmə Mərkəzinin bir qrup həkimi əmək haqlarının aşağı olmasına etiraz olaraq işdən çıxıblar.

Ərdəbil Qanköçürmə Mərkəzinin başçısı Şərarə Dejkam mediaya verdiyi açıqlamada bildirib ki, mərkəzdə çalışan 11 nəfərlik həkim heyətinin doqquzu istefa verib.

O, bildirib ki, hal-hazırda talassemiya xəstələrinin, kimyaterapiya və avtomobil qəzalarında xəsarət alanların bu mərkəzin fəaliyyətinə ehtiyacı olsa da, məcburən bu addımı atıblar.

“Həkimlərin istəklərinə əhəmiyyət verilmədiyi üçün işdən ayrılmağa məcbur olduq”-deyə, o, bildirib.

Onun sözlərinə görə, mərkəzdə yalnız iki həkim qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button