İran

Ərdəbildə müəllimlər etiraz aksiyası keçiriblər

Avrilin 19-da Ərdəbil şəhərində etiraz mitinqi keçirilib. Məlumata görə, Savadlanma Hərəkatının bir qrup müəllimi Ərdəbil Təhsil Baş İdarəsinin qarşısına toplaşıb.
Etirazçılar 10 illik təcrübələrinə və qəbul imtahanından keçmələrinə baxmayaraq işə qəbul edilmədiklərini bildiriblər. Əksəriyyəti qadınlardan ibarət olan müəllimlər iş durrmlarının ən qısa müddətdə bəlli edilməsini istəyiblər. Ölkənin başqa əyalətlərində təhsil işçilərinin belə problem yaşamadığını bəyan edən etirazçılar hökumətin işə qəbulla bağlı vədlərini yerinə yetirilmədiyini diqqətə çatdırıblar. Qeyd edək ki, Savadlanma Hərəkatı Təhsil Baxanlığının tabeliyində olan dövlət qurumudur. Bu qurum yaşlıların və mədrəsəyə getmək imkanı olmayan uşaqların təhsilə cəlb edilməsi məqsədilə yaradılıb.

Related Articles

Bir cavab yazın

Back to top button