Onlar pensiyaçıların tələblərinin nəzərə alınmamasına, müəllimlərin reytinqi ilə bağlı qanunların yerinə yetirilməməsinə, işlə təmin olunma və tibbi sığorta problemlərinin həllinə etiraz ediblər.
Onlar həbsdə olan müəllimlərin azadlığa buraxılmasını, maaşların və vəzifə dərəcələrinin bərabərləşdirilməsi ilə bağlı təsdiq edilmiş qanunların icrasını və hökumətdən ədalətin həyata keçirilməsini tələb ediblər.
Bundan əvvəl azərbaycanlı təqaüdçülər, müəllimlər və fəhlələr cari ilin 8, 17 aprel və 31 may tarixlərində Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Həmədan və digər şəhərlərində maaşların aşağı olmasına, gəlir və maaşların xərclərlə qeyri-mütənasibliyinə etiraz ediblər.