İran

Ərdəbildə quraqlıqları idarəetmə mərkəzi yaradılıb

Ərdəbil Yaşam Çevrəsini Qoruma İdarəsində Quraqlıq Təşkilatının Qərargahı yaradılıb. Bunu Ərdəbilin Yaşam Çevrəsini Qoruma Baş İdarəsinin İctimaiyyətlə ilgili məsulu Səid Şəhənd bildirib. O, Havaşizləmi Təşkilatının quraqlıq ehtimalı ilə bağlı öngörülərinə dair belə bir addım atıldığını söyləyib. Qurum məsulunun sözlərinə görə, quraqlıqla ilgili tədbirlər, vəhşi heyvanlar üçün yem eləcə də su təmini üçün tankerlərin qurulması, baş verən yanğınların nəzarətə alınmasını qərargahın əsas hədəflərindəndir. Səid Şəhənd yağışların miqdarının azalmasından da söz açıb. Yağışın miqdarında keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 70-80 azalma olduğunu diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button