Azərbaycanİran

Ərdəbilli milli fəal Vədud Ənsariyə təhlükəsizlik idarəsində təzyiq göstərilib

O, idarəyə çağrılıb və bir neçə saatlığına dindirilib.

Ərdəbildə yaşayan tanınmış milli fəal Vədud Ənsari oktyabrın 24-də Ərdəbil şəhərinin təhlükəsizlik idarəsinə çağrılıb.

Bir neçə saatlığına dindirilən milli fəala qarşı psixi təzyiq göstərilib və təhdid edilib.

3 saat davam etdiyi bildirilən dindirmə zamanı təhlükəsizlik məmurları Vədud Ənsaridən həbsdə olan milli fəalların sərbəst buraxılması üçün girov təmin etmək işinə görə hədələnib və bunu dayandırması istənilib.

Qeyd edək ki, hazırda Əsgər Əkbərzadə, Meysəm Colani, Səid Sadiqifər, Yusif Kari, Məhəmməd Colani, Firuz Moini, Səccad Qane müqəddəm və Yaşar Əkbərzadənin ailələri Ərdəbil şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 7-ci istintaq bölməsin müstəntiqi Kamyar Səlimzadə təhlükəsizlik qurumlarının göstərişi ilə fəalları barədə məhkəməyə qədər azadlığa buraxılma qərarını imzalamaqdan imtina edir.

Vədud Ənsari bundan öncə 2017-ci ildə də milli-mədəni fəaliyyətlərinə görə 1 il həbs cəzasına məhkum edilibdir.

Related Articles

Bir cavab yazın

Back to top button