İran

Ərdədbilin Ciral parkında tutulmuş fəalların məhkəməsində bir sıra ittihamlarına baxış cələsəsi keçirilib

Ərdədbilin Ciral parkında tutulmuş fəallar- Pərviz Siabi Gürcan, Hüseyn Balaxanı İsalu, Mürtəza, Mustafa və Müctaba Pərvin Cüda, Hamid Heydəri Baris, Məhəmməd və Səccad Colani Ocaq, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Əsgər Əkbərzadə Xızrabadinin bir sıra ittihamlarına baxış üçün cələsə Ərdəbil Vilayətinin İki Saylı Keyfəri Məhkəməsinin 102-ci Şöbəsində keçirilib.

Bu Güney azərbaycanlı milli-mədəni fəallara verilmiş ittihamlar “hay-küy və qalmaqal törətmək yolu ilə ümumi nəzmdə pozuntu” və “intizam məmurlara tabe olmamaq” olmuşdur.

Həmin Güney Azərbaycanlı milli-mədəni fəallara verilmiş ittihamlar üzrə pərvəndənin başqa bölümü barədə baxış toplantısı bu ilin Şəhrivər ayının 29-u Ərdəbil Vilayəti İnqilab Məhkəməsinin İkinci Şöbnəsində qazi Qədiminin başçılığı ilə keçirilmişdir. Onlar pərvəndənin ilk bölümündə “Rəhbərə tohin” və “milli əmniyyətə qarşı toplaşma və əlibir olmaq”da ittiham olumuşlar.

Əhalinin sözlərinə görə bu milli-mədəni fəallar 1399-cu ilin Mehr ayının 8-i Ərdəbil şəhərinin Ciral Bağında tutuqlanarkən döyülmüşlər. Eləcə də azərbaycanlı hünərmənd və musiqiçi Səccad Colaninin qanlı üzü və azərbaycanlı araşdırmaçı Pərviz Siyabi Gürcaninin bədənində qan yığışması barədə görüntülər sosial şəbəkədə paylaşılmışdır.

Vilayətin dadsitanı, əmniyyət və intizam məmurlarının bu tərz qanunsuz  davranmalarına qarşı tədbir görmək və təqibə məruz qoymaq əvəzinə doğru olmayan həmin ittihamlarla məsələnin mahiyyətini dəyişmişdir.

Bu milli-mədəni fəallara qarşı əmmiyyət və intizam məmurlarının davranışı əhali və insan haqları qurumları tərəfindən qınanılıb. Uluslararası Əfv Təşkilatı isə həmin vaxtda bir bəyaniyyə çərçivəsində “işğal altında olan Qarabağın azad edilməsini” dəstəkləməsində tutuqlanmış fərdlərin şərtsiz olaraq azad olunmalarını İran dövlətindən tələb etmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button