Dünya

Ərdoğandan Baydenə sərt mesaj: “Çox yerdə türklərə aid toplu məzarlıqlar var” – Video

Türkiyə prezidenti Ərdoğan ABŞ prezidenti Baydenin 1915 olaylarını “erməni soyqıırmı” adlandırmasına sərt etiraz edib. O, Baydenin ifadəsini tam əsassız adlanıdırıb:

“Aprelin 24-də ABŞ prezidenti C. Baydenin coğrafiyamızda bir əsr öncə yaşanan faciəli hadisələrlə əlaqədar əsassız, haqsız, həqiqətlərə uymayan ifadələrə yol verib. Heç bir tarixi və hüquqi əsası olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi bizi də təəssüfləndirdi.

Bayden radikal erməni dairələrinin təzyiqi ilə belə bir ifadəyə yol verdi. Bu vəziyyət ortaya çıxan mənzərənin iki ölkə arasındakı narazılığı aradan qaldırmayacaq. Türkiyə olaraq, tarixdə olan faciələrin müqayisə olunmasını humanist hesab etmirik, amma əgər belə bir yarış keçirəcəklərsə, biz alnıaçıq, üzüağ çıxacağımıza əminik. Çünki heç bir yerdə ermənilərə aid toplu məzara rast gələ bilməzsiniz, amma türklərə aid çox sayda toplu məzarlıqlar var. ABŞ və Avropa başda olmaqla bizə soyqırımı ittihamı yönəldənlərin hər birinin tarixində bu utancverici qətliamlar yer alıb”.

Ərdoğan deyib ki, erməni terror şəbəkələrini dəstəkləyən qüvvələr öz tarixlərindəki rüsvayçılığı ört-basdır etmək cəhdlərindədirlər:

“Biz yenə də əvvəlki fikrimizdəyik. Tarixdəki hadisələrin araşdırılması və həqiqətlərin ortaya çıxarılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox”.

Ərdoğan deyib ki, bugünkü Ermənistanın yerləşdiyi coğrafyada əhalinin 80-i müsəlümandı:

“Təxminən 30 il əvvəl işgal edilən Qarabağ və Azərbaycan şəhərlərində edilənlər ortadadır. Cənab Bayden 30 iıl bu işgaldan qurtarmadınız oradaki insanları və azəri qardaşlarımızı. Nə yazıq ki, 1 milyondan çox köçkün oldu. Bütün o yerlər Qarabağ təəssüf ki, yıxıldı. Əgər soyqırım deyirsinizsə, bir özününz güzgüyə baxın. Qızıldərililəri zatən söyləməyə gərək yoxdur. Onlar zaten ortada. Bütün bunlar ortadaykən, türk millətinə soyqırım sözünü qoşa bilməzsiniz. Buralarda 10 minlərlə mülki əhali qətl edilərkəN, azəri qardaşlarımız evlərini tərk etmək məcburiyyətində qalbılar. Böyük vədlərləq andırılan ermənilərin Avropa, ABŞ və Rusiya tərəfindən bu yalanlarla örtməyə çalışmasından qaynaqlanır. Toplamda 17 milyon insanın öldüyü 1-ci Dünya Müharibəsinə bir dəyərləndirmə etsək, xatırlamamaız gərkədir: sürgün adı altında bu insanların böyük bir hissəsi açlıq, soyuq altında ölümə tərk ediliblər. Avstriya- Macarıstanda öz vətəndaşı olan rus əsilli vətəndaşları gülləyə düzüblər. Osmanlının 1915-də gerçəkləşdirdiyi yerdəyişmələrini də bu itkilərlə əıaqləndirmək lazımdır. Əgər erməni itkiləri səyqırım kimi qiymətləndiriləcəksə, o dönəmdə yaşananlarda eyni paraqraf içində yer almalıdır…”

Related Articles

Bir cavab yazın

Back to top button