bu barədə məlumatı və sənədin surətini AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Elnur Mustafayev paylaşıb.
Alim sənədin bəzi parçalarını transliterasiya edərək yayıb:
“Bakü əhli-islamiyyəsindən iki zat tərəfindən vüqu` bulan təbərrüa`t haqqında
Dövlətü əfəndim həzrətləri,
Bakü əhaliyi-islamiyyəsi həmiyyəti-məndan və əğniyayi-məşhurəsindən Hacı Zeynalabdin Tağıyev cənablarıyla Ağa Musa Nağıyev tərəflərindən Ədirnədə dər dəsti-inşa bulunan “Dar-ül-əytam” məsarifinə mədar olmaq üzrə beşər bin ruble ilə Hacı Zeynalabdin canibindən başqaca şəhri-məzkurda kain Sultan Səlim Cami-şərifi üçün üç cilddən mürəkkəb “Kəşf-ül-həqaiq” namında bir təfsiri-şərif dahi ihda olunduğu….”
Alim bildirib ki, sənəd Osmanlı Arxivlərində qorunur.