BölgəDünya

İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib

İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib.
Parlamentarilər İŞİD terror təşkilatı ilə mübarizə üzrə koalisiya ilə sazişin dayandırılması və xarici ölkələrin qoşunlarının ölkədən çıxmasına səs verib.

Hökumət parlamentin qəbul etdiyi qərarın icrasını təmin etməlidir.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.
ABŞ-ın bu əməliyyatı İraqda etirazla qarşılanıb və ABŞ qoşunlarının ölkədən çıxarılması gündəmə gəlib

Related Articles

Bir cavab yazın

Back to top button