Dünya

Ərzurum dağlarının zirvəsində Azərbaycan bayrağı

Türkiyənin Anadolu səmtində ən yüksək dağ zirvəsi olan və Ərzurum Palandökən silsiləsində yerləşən, dəniz səviyyəsindən 3200 metr yüksəklikdəki Sultan Sekisi zirvəsində Azərbaycan bayrağı qaldırılıb. Bu aksiya Erzurum alpinistlər klubunun Azərbaycanın Qarabağı azad etmək üçün apardığı savaşa dəstəyidir.

Veteran alpinistlər 29 oktyabr Cümhuriyyət bayramını qeyd etmək üçün həmin zirvəyə yürüş başladıblar. Yürüşü Ərzurumun gənclər və idman bölgə müdirliyi və Hər kəs üçün İdman Federasiyası (HİS) təşkil edib. Ərzurum Alpinistlər Klubunun üzvləri uğurlu yürüşün sonunda zirvədə Azərbaycan və Türkiyə bayraqlarını qaldırıblar.Bununla da həm Cümhuriyyət bayramını qeyd ediblər, həm Qarabağda işğalçı Ermənistana qarşı döyüşən Azərbaycana dəstək veriblər.

 

 

HİS Erzurum təmsilçisi Hüseyn Öz deyib: “Gənclər və idman idarəsi ilə birlikdə bu yürüşü təşkil etdik. Sultan Sekisi təpəsində ay-ulduzlu bayrağımızı və Azərbaycan bayrağını dikdik. Şəhidlərin xatirəsini andıq, himn oxuduq. Yürüşdü Dağlıq Qarabağda işğalçı Ermənistan qüvvələrinə qarşı savaşan Azərbaycan ordusuna da dəstək verərək dualar oxuduq”.

Related Articles

Bir cavab yazın

Back to top button