BölgəDünyaİran

Əsəd İrana qarşı müharibə açır

Ötən günlər Suriyanın Deyr-əz-Zor vilayətinin ən cənub şəhərlərindən biri olan Abu-Kamalda döyüşlər başlayıb.

Aznews.tv-nin verdiyi məlumata əsasən, ötən illər belə döyüşlər tez-tez baş verirdi, çünki Fərat çayının şərq sahilinə nəzarət edən İŞİD terrorçuları mütəmadi olaraq çayın qərb sahilində yerləşən şəhərə hücumlar təşkil edirdi.

Lakin hal-hazırda İŞİD-in Suriyada anklavı məhv edilib, partizan qrupları isə ciddi problem yaratmır. Bu bir tərəfdən yaxşıdır, lakin digər tərəfdən başqa porblemi ortaya qoyub – şəhərə nəzrət edən iranlılar və onları oradan çıxarmağa çalışan Əsəd qüvvələrinin arasında ciddi narazılıqlar var.

Son zamanlar onların arasında kiçik toqquşmalar baş verirdi, lakin bazar günü, 10 əsgərin canına son qoyan, genişmiqyaslı döyüş baş verib. Şəhərin mərkəzində yerləşən Fayxa rayonunda Əsəd tərəfdarları proiran qruplarla döyüşə girib. Məlumdur ki, birinciləri Suriyanın rəsmi güc strukturları dəstəkləyib. Qurbanlar haqqında dəqiq məlumat olmasa da, yerli KİV-lər çoxlu sayda yaralı əsgərin şəhərin tibbi müəsissələrinə gətirildiyini bildirirlər.

Yeri gəlmişkən, bu son dönəmədki ilk toqquşma deyil. İŞİD-in aradan qaldırılmasından sonra Şərqi Suriyada İranla Dəməşq arasındakı ziddiyyətlər daha aydın görünməyə başladı. Fəal şəkildə terrorçulara hücum edərkən tərəflər bir cəbhə kimi çıxış edirdi, lakin Əbu-Kəmal şəhərinin azad edilməsində əsas uğuru Hizbullah və digər şiə qrupları ilə birgə iranlılar nail ola bilmişdi. Müəyyən müddət şəhərdə hətta rusiyalı məsləhətçilər və muzdlular olub. Lakin zaman keçdikcə şəhər tamamilə iranlıların nəzarəti altına keçib. İlk müddət bu problem yaratmırdı, lakin son aylar rəsmi Dəməşq hakimiyyətin mərkəzləşdirilməsi istiqamətində fəallığını artırıb. Əbu-Kəmal da istisna olmadı. Suriya silahlıları və xüsusi xidmətləri burada fəaliyyət görməyə başlayıb. Təbii ki, bu iranlıların narazılığına səbəb olub. Nəticədə, keçmiş müttəfiqlər bir-biriləri ilə sailhalı toqquşmalara girir. Qeyd etmək lazımdır ki, Şərqi Suriyada iranlıların həmçinin rusiyalı könüllü muzdlular ilə vuruşması haqda məlumatlar da var. Məsələ bundadır ki, Tehran üçün Əbu-Kəmal strateji baxımdan çox vacibdir, çünki məhz burada İraqın və Suriyanın proiran qrupları ilə təmaslar baş tutur.

Məlumata əsasən, Suriyanın şərqində fərqli şiə qrupları ilə ölkənin təhlükəsizlik qüvvələri arasında mütəmadi olaraq toqquşmalar baş verir. Bu toqquşmaların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar Moskva, Tehran və Dəməşq arasında əldə olunan razılıqları tənizmləyən yüksəkvəzifəli məmurlarla razılaşdırılmayıb. Başqa sözlə, toqquşmalar sıravı və çavuş səviyyəsində olur. Bu nizam-intizamın aşağı səviyyədə olmasına və Suriya vətəndaş müharibəsi iştirakçılarının aşırı dərəcədə könüllü qruplaşmalardan asılı olduğuna dəlalət edir. Bununla belə, iranlılar dini fanatizm sayəsində şiə qruplaşmaları üzərində səmərəli nəzarət bərqərar etməyə nail olublar.

Bu toqquşmalar iki səbəbədən ola bilər – ya münaqişəni suriyalı döyüşçülər başladıbıar, ya da İran bu cür addımlarla öz narazılığını nümayiş etdirmək istəyir.

Hətta rəsmi görüşlər zamanı Tehran nümayəndələri bir neçə dəfə Rusiyanın ABŞ və İsrail ilə yaxınlaşmasından məmnun olmadıqlarını bəyan ediblər. Suriya və hətta Rusiya artıq İrana qüvvələrini ölkədən çıxarmasını bildirib, lakin İran hal-hazırda bunun zəruri olmadığını hesab edir. Onun fikrincə, Suriya hələ də ABŞ və İsrail tərəfindən qaynaqlanan təhlükə qarşısındadır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button