İqtisadiyyatİran

Ətlik heyvanlar körfəz ölkələrinə aparılır

Qərbi Azərbaycan əyalətinin ətlik heyvanları qaçaq yollarla Ərəb Körfəzi ölkələrinə aparılır. İslami Şura Məclisinin Daş Makı Vilayəti üzrə nümayəndəsi Məhəmməd Əlipur belə deyib. Məclis nümayəndəsi məhsul qiymətlərindəki bahalaşmaya aydınlıq gətirib. O, yumurta və toyuq əti qiymətində kəskin artımın baş verməsini məhsul qıtlığı ilə əlaqələndirib. Məhəmməd Əlipur bu müşküllərin aradan qaldırılmasında dövlətin gərəkli addımlar atmasının vacibliyini diqqətə çatdırıb. Çatışmazlıqlar barədə aidiyyəti qurumlara 8 ay öncədən məlumat verilib.
“Bir qayda olaraq, dövlət əhalinin ehtiyaclarını təmin etməlidir. Dövlət təməl yeyintilərin təmini üçün bərnamə önərməlidir. İndiki potansialla təməl ehtiyacların təminatını gerçəkləşdirmək olar ”, – deyə məclis üzvü vurğulayıb.
Məhəmməd Əlipur suvarma sisteminin təşkili ilə bağlı projələrin icrası məsələsinə də toxunub.
“Dövlət 4 il öncədən Kərəm Abad səddi və fişarlı suvarma sistemi projəsini 1400 milyard tümən ödəməklə Daş Makının 50 min hektar çöllüyü üçün icra etdi. Dövlət başçısı 2 dəfə projənin açılışını edib. Hazırda isə bu torpaq sahələri istifadəyə verilməyib”, – deyə Məhəmməd Əlipur diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button