İran

“Əxlaq Polisi” gənc qadını dişləyib 

İranda gənc xanım İrşad Patrul Xidməti (Əxlaq Polisi) ilə əməkdaşlıq edən mülki geyimli qadının hücumuna məruz qalıb. Buna səbəb xəsarət alanın məcburi hicab qaydalarına əməl etməməsi olub. 

Təqdim edilən fotoşəkildə qadının çiynində dərin diş izləri görünür. Dəridə geniş hematom izləri var, ehtimal ki, xəsarət alana çoxlu sayda təsadüfi zərbələr endirilib.

Sözügedən məlumat hökumətə müxalif olan “Qadın, Müqavimət, Azadlıq” Telegram kanalında işıqlandırılıb . Bir çox sosial media hesablarında hadisənin Tehran metrosunda baş verdiyi bildirilir .

Bir müddət sonra hökumətyönümlü “İnqilab Keşikçiləri Xəbərləri” Telegram kanalı bəzi iranlıları media savadı olmamaqda günahlandıraraq sürətlə yayılan məlumatın doğruluğunu təkzib edib.

Related Articles

Bir cavab yazın

Back to top button