Azərbaycanİran

Milli fəallar ailələri ilə danışa biliblər

Son həbs dalğası zamanı tutulan Azərbaycan Milli Hərəkatının üç üzvü: Səid Camalzadə, Bağır Hacızadə və Ayaz Seyfxah ailələri ilə qısa telefon danışığı aparıblar. 

Təbrizli məhbusların yaxınları bildiriblər ki, gənclər yalnız İnformasiya Nazirliyinin istintaq təcridxanasında olduqlarını və onlarla hər şeyin qaydasında olduğunu deyə biliblər.

Təxminən 1 dəqiqəlik söhbətdən sonra əlaqə kəsilib. Bu səbəbdən siyasi məhbusların yaxınları onların vəziyyəti ilə bağlı məlumat ala bilməyiblər.

#SiyasiMehbus #MilliFeal

Related Articles

Bir cavab yazın

Back to top button