Dünyaİran

İran Ukrayna müharibəsində Rusiyanın istifadə edəcəyi yeni dron hazırlayır

Britaniyanın “Skynews” kanalı xəbər verir ki, İran hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı istifadə edəcəyi ehtimal edilən yeni pilotsuz uçuş aparatları hazırlayıb.

Bildirilib ki, “Şahid-107” kimi tanınan bu dronlar kamikadze növlüdür.

Məlumata görə, sözügedən yüksək keyfiyyətli PUA-lar döyüş hədəflərini tapmaq üçün lazımi texnologiya ilə təchiz edilib və bu baxımdan Ukraynaya göndərilmiş ABŞ və Böyük Britaniya istehsalı olan çoxmərmili raket sistemləri ilə müqayisə oluna bilər.

Sözügedən xəbər kanalı qeyd edib ki, Tehran 2 milyon dollarlıq müqavilə imzalayaraq həmin dronların bir qismini Moskvaya verə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button