Avropa Parlamentinin üzvü David Leqa edam hökmləri ilə bağlı olaraq İran İslam Cümhuriyyəti əleyhinə tezliklə qətnamə qəbul ediləcəyini deyib.
“Aznews tv” xəbər verir ki, o, bu barədə fevralın 14-də “Twitter” hesabındakı paylaşımında məlumat verib.
Onun bildirdiyinə görə, Avropa Parlamenti onun və Avropa Xalq Partiyasının təşəbbüsü ilə təklif edilən sözügedən qətnaməni bu həftə ərzində qəbul edəcək.
Sonda Leqa İran rejiminin hər il yüzlərlə günahsız insanı edam etdiyini, habelə isveçli həkim Cəlalinin hökumət tərəfindən işgəncələrlə etiraf alındıqdan sonra edam olunmasını gözlədiyi qeyd edib.