Dünya

Pentaqon: İran hökumətinin İraq təhlükəsizlik qüvvələri üzərində təsiri artmaqdadır

Amerika Müdafiə Nazirliyi yaydığı raporda İraq hökumətinin bu ölkədə İrana bağlı qüvvələri cilovlaya bilmədiyini bildirib.

Amerika Müdafiə Nazirliyi yaydığı raporda İraq hökumətinin bu ölkədə İrana bağlı qüvvələri cilovlaya bilmədiyini bildirib.

“Aznews tv” xəbər verir ki, məlumata görə, ötən ilin son üç ayında İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumların sayı artıb.

“İraq Ali İslam İnqilabı Məclisinin hərbi qanadı olan Bədr Korpusunun keçmiş zabitləri İraq Müdafiə Nazirliyinin tərkibinə qatıldıqdan sonra öz rütbələrini qoruyur və siyasi əlaqələri sayəsində sürətlə irəliləyirlər”-deyə, bəyanatda qeyd olunub.

Pentaqonun məlumatına görə, İraq Federal Polisi və onun əməliyyat qrupları, habelə İraq ordusunun 5-ci və 8-ci diviziyaları İranın İraq ordusunda ən əsas təsir mərkəzləridir və həmin qüvvələr müxtəlif üsullarla İraq hökumətinə sadiq hərbi birləşmələri təhdid edir.

Pentaqonun hesabatında İran hökumətinə bağlı qrupların pilotsuz hücum təyyarələrinə malik olduqları vurğulanaraq, onların İraq və Suriyadakı ABŞ vətəndaşları, qoşunları və hökumət personalına ciddi təhlükə yaratdıqları qeyd olunub

Related Articles

Bir cavab yazın

Back to top button