İran

Milli fəallar rejim mənsublarının təklifini rədd ediblər

Ordibeheştin 27-də Ərdəbil zindanının məsulları burada saxlanılan güney azərbaycanlı milli-mədəni fəallar Yusif Kari və Mehrdad Şeyxi ilə görüşüblər. Milli fəallara bildirilib ki, onlar həbslərinin qalan qisminin bağışlanması və azadlığa çıxmaları barədə təsmim tuta bilərlər. Ancaq onlar bundan sonra milli fəaliyyət göstərməyəcəklərinə dair təəhhüdnamə imzalamalıdılar.
Hər iki siyasi fəal bu önərini rədd edib və fəaliyyətlərinin qanuni, onlara qarşı irəli sürülən ittihamların isə əsassız olduğunu açıqlayıblar. Milli fəallar məhkəmələrinin ədalətsiz keçirildiyini deyiblər.
Bildirək ki, Yusif Kari 1398-ci ilin şəhrivərində tutulduqdan sonra Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib. Sonradan bu qərar Təcdid-Nəzər Məhkəməsinin 13-cü şöbəsi tərəfindən 2 il həbs cəzasına endirilib.
1398-ci ilin şəhrivərində saxlanılan Mehrdad Şeyxi isə Ərdəbil İnqilab Məhkəməsi tərəfindən “dövlətə qarşı təbliğat aparmaq” ittihamı ilə 1 il azadlıqdan məhrum edilib. Sonradan Təcdid-Nəzər Məhkəməsi bu qərarı 6 ay həbs cəzası ilə dəyişilib.

Related Articles

Bir cavab yazın

Back to top button