İran

Qərb ölkələri Rəisinin prezident seçilməsi ilə İranda insan haqları pozulmalarının artacağından nigarandır

Fransa və Alman İranda yeni seçilmiş prezident İbrahim Rəisinin işə başlaması ilə bu ölkədə insan haqlarının pozulmalarının daha da genişlənəcəyindən nigaranlığını bildirib.
Avropa Birliyinin Xarici siyasət və Əmniyət məsələləri üzrə ali nümayəndəsi Cozef Borel isə bildirib ki, Rəisinin prezident seçilməsi Viyəndə atom anlaşmasının canlandırılması üçün aparılan danışıqlara mənfi təsir etməyəcəyinə ümid edir.

“Politico” dərgisi keçmiş amerikalı rəsmi məqamlar və siyasi təhlilçilərə istinadən yaydığı məlumatda isə qeyd edilir ki, hal-hazırda atom danışıqlarında irəliləyişlər olsa da, kimsə anlaşmanın əldə olunacağını təxmin edə bilməz. Onlar Rəisinin prezident olmasının müzakirələrə mənfi təsir edə biləcəyini deyiblər.

Fransanın Xarici İşlər Vəzirliyi yaydığı açıqlamada, insan haqları pozuntularında adı keçən Rəisinin İran prezidenti seçilməsinə yenidən fikir bildirərək, Parisin İranda insan haqları pozuntuları və ikili vətəndaşlığı olan məhbusların durumu ilə bağlı məsələləri izləyəməyə davam edəcəyini bəyan edib.

Amerikanın öncəki xarici işlər vəziri Mayk Pompeo da məsələyə fikir bildirərkən qeyd edib ki, Rəisinin əlləri minlərlə insanın qanına batıb və İran rejimi və Rəisi Amerikanın danışıqlar aparmalı olduğu tərəf deyil.

Alman Xarici İşlər vəziri Hayko Moss isə Rəisinin prezident olmasının atom müzakirələrinə təsiri ilə bağlı vurğulayıb ki, İranda, əsasən qərar qəbul edən Əli Xameneidir və hansısa siyasəti yürütməyi o təyin edir.

Related Articles

Bir cavab yazın

Back to top button