Dünya

BBC-nin müxbiri Gəncənin raket atəşinə tutulmasından yazdı

“Bu ərazidə heç bir hərbi hədəfə rast gəlmədik. Burada sadəcə, yaşayış binaları və mağazalar var”.

Bunu BBC-nin Gəncəyə səfər edən müxbiri Orla Gerin hadisə yerindən hazırladığı reportajda yazıb.

Reportajda erməni raketinin çoxmənzilli evə düşməsindən, nəticədə ən azı 9 nəfərin həlak olmasından, 34 nəfərin yaralanmasından, binanın özünün isə dağılmasından bəhs olunur.

“Yerli vaxtla gecə saat 2-də bina atəşə tutulanda insanlar yatırdılar. Biz səpələnmiş mebel, ədyallar görürük. Partlayıcı maddələr üzrə yerli ekspert hesab edir ki, burada uzaq mənzilli raketdən istifadə olunub və o, Dağlıq Qarabağdan deyil, Ermənistandan buraxılıb”, – deyə reportajda bildirilir.

BBC-nin müxbiri Gəncədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə də görüşüb.

“Hikmət Hacıyev BBC-yə bildirib ki, Bakı atəşkəsə əməl etməyə çalışır, lakin Ermənistan Azərbaycanın dinc sakinlərinə hücum etməkdə davam etsə, o, lazımi tədbirlər görməlidir”, – deyə Orl Gerin “Tvitter” də yazıb.

#Azerbaijan Presidential Advisor Hikmet Hajiyev tells BBC that Baku is trying to stick to the ceasefire but if #Armenia keeps attacking its civilians, Azerbaijan will have to take necessary measures against military targets. He denies that Baku has also breached the truce. pic.twitter.com/Tv4ECOGBYV

— Orla Guerin (@OrlaGuerin) October 11,

Related Articles

Bir cavab yazın

Back to top button